ABŞ-ın dövlət borcunun həcmi qanunvericiliklə müəyyən olunmuş son həddə – 14,3 trilyon dollara çatıb
ABŞ maliyyə naziri Timoti Qaytner defoltun (iflasın) qarşısının alınması üçün tədbirlər görüldüyünü bildirib.
Belə ki, hökumət 2 iri dövlət fonduna Əlilliyə görə sosial təminat fonduna (Disability Fund) və Dövlət qulluqçularının pensiya fonduna (Civil Service Retirement) ödəmələri dayandırıb. Bu və ya digər texniki addımlar ABŞ-ı avqustun 2-dək iflasdan qoruya biləcək.
Qaytner qanunvericiləri avqustun 2-dək dövlət borcunun yuxarı həddinin qaldırmağa çağırıb. Əks halda ABŞ hökuməti borc öhdəlikləri üzrə ödəmələri edə bilməyəcəyini, yəni müflis olduğunu elan etməli olacaq. /APA/