«ABŞ-ın «çıxış strategiyası» olmalıdır»

Barak Obama bildirib ki, onun administrasiyası Əfqanıstan-Pakistan regionunda hərtərəfli strategiyanın həyata keçirilməsinə çalışır və bura «çıxış strategiyası» da aid edilməlidir ABŞ prezidenti Barak Obama bildirib ki, ABŞ-ın Əfqanıstandakı missiyasını təxirə salmaq üçün Amerikanın «çıxış strategiyası» olmalıdır. Obama qeyd edib ki, Əfqanıstandakı müharibəyə təkcə hərbi güc son qoymayacaq. Prezidentin sözlərinə görə onun administrasiyası Əfqanıstan-Pakistan regionunda hərtərəfli strategiyanın həyata keçirilməsinə çalışır və bura «çıxış strategiyası» da aid edilməlidir.
ABŞ prezidenti bildirib ki, Amerikanın Əfqanıstandakı əsas məqsədi «Əl-Qaidə»nin ABŞ-a və onun müttəfiqlərinə hücum etməyəcəyinə əmin olmaqdır və bu məqsədə çatmaq üçün Əfqanıstanın iqtisadiyyatı inkişaf etdirilməli və ölkənin Pakistanla diplomatik əlaqələri yaxşılaşdırılmalıdır. 
/«Azadlıq» radiosu/


В этом разделе