ABŞ-dan Qatara: Ya İran ya da biz..

DEBKA-nn ABŞ və Orta şərq qaynaqlarına söykəndiyi xəbərinə görə Vaşinqton, Qatar Əmri Hamad ibn Xəlifə Tanini gizlicə xəbərdar edərək, Dohanın Tehrana yaxınlaşmağı davam etdirməsi vəziyyətində ölkədəki Amerikan qüvvətlərinin dəstəyini itirəcəyini bildirmişdir.

Media-islam.Com-un İsrahaberə istinadən xəbər verir: İsrail kəşfiyyatına yaxınlığıyla bilinən DEBKA-ya görə ABŞ, İran ilə əlaqələrini davam etdirməsi vəziyyətində bu kiçik Ərəb ölkəsindəki 3 əsgəri əsası bağlayacağı xəbərdarlığını etmişdir. Xəbərə görə Ağ Ev səlahiyyətliləri Amerikanın əsgər çəkməsinin, ola biləcək bir regional qarşıdurma vəziyyətində Qatarı müdafiəsiz buraxacağını vurğulamışlar.

Bununla birlikdə Qatarlı səlahiyyətlilərin də eyni fikiri paylaşdıqları qəti deyil.

Qatar, xüsusilə çoxu qadın və uşaq 1350 adamın öldüyü və minlərləsinin yaralandığı son Qəzzə döyüşündən bu yana Vaşinqtonun və bölgədəki Ərəb müttəfiqlərinin arxasından getməyi rədd edir.

Xəbərdə ABŞ-ın Qatardan duyduğu məmnuniyyətsizliyi, Müdafiə Naziri Robert Gatesin son bölgə dövründə bu ölkəni ziyarət etməmiş olmaqla göstərdiyi bildirilir.

Vaşinqton eyni zamanda Qatar əmrindən ölkəsində nəşr edən Əl Cezire TV kanalının Amerikan əleyhdarı nəşr xəttini yumşaltması üçün də lazım olan nə isə etməsini istəmişdir.

Vaşinqtonun İran və Qatar arasındakı isti əlaqələrdən duyduğu qayğı, yeni Amerikan rəhbərliyinin İran qarşısındakı yanaşmasının Buş dövründəkindən çox da fərqli olmadığı şəklindəki şərhləri gücləndirir.

Media-islam.com


В этом разделе