ABŞ-dan İrana 107 milyardlıq dəstək?

ABŞ hökumətinin nüvə proqramı səbəbiylə İrana sanksiya qərarına baxmayaraq, İslam Respublikasına son 10 ildə 107 milyard dollarlıq dəstək verib.

İslam-Azeri.az İnternet qəzetinin ABŞ KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə “New York Times qəzeti” yazıb.

Nəşrin iddiasına görə, Vaşinqton, müqavilə qarşılığı, hədiyyə və digər iqtisadi proqramlar da daxil olmaqla, qeyd edilən 107 milyard dolların üçdə ikisindən çoxunu enerji şirkətlərinə ötürüb.

Həm ABŞ, həm də İran ilə əməkdaşlıq edən 74 şirkətin 49-unun bu istiqamətdə fəaliyyəti davam etməkdədir..

Həm ABŞ, həm də İran ilə əməkdaşlıq edən şirkətlər arasında dünya şöhrətli Shell, Petrobras, Honeywell, Mazda və Daelim kimi şirkətlər var.

В этом разделе