ABŞ-dan ilk "Qarabağ" qiymətləndirməsi

Brayza, Ərdoğanın "İşğal bitmədikcə sərhəd açılmaz" şərhinin, Ermənistan və Türkiyə arasında olan razılaşmanın artıq etibarlılığını itirdiyini göstərən bir işarə olmadığını söylədi.

CİHAN xəbər verir: ABŞ Xarici işlər nazirliyinin Avropa və Avrasiyadan məsul Məsləhətçisi Metyu Brayza, Türkiyə-Ermənistan əlaqələri ilə Qarabağ problemin bir-birinə paralel olduğunu ancaq fərqli sürətlərdə irəliləməsi lazım olduğunu da ifadə etdi.

Brayza, Ərdoğanın Azəriləri rahatlaşdıran Erməniləri isə hirsləndirən şərhini Dünyaya qiymətləndirdi. Ərdoğanın şərhinin ardından Amerikadan gələn ilk şərhdə Brayza, "Ərdoğan bir neçə həftə əvvəl etdiyi başqa bir şərhdə, Qarabağ problemin həlli ilə türkiyə-Ermənistan əlaqəsinin iki ayrı müddət olduğunu ancaq paralel irəliləməsi lazım olduğunu söylədi. "Bizim hökumətimizin fikiri də bu istiqamətdədir. İki müddət ayrı, lakin paralel ancaq fərqli sürətlərdədir" dedi.

Eyni zamanda, Türkiyə-Ermənistan əlaqələri irəlilədikcə, bölgədəki havanın da dəyişəcəyinə və bunun Qarabağ problemində bir nəticəyə çatılmasını asanlaşdıracağına inandıqlarını qeyd edən Brayza,"Ağlımızda tutmamız lazım olan şey, Ermənistan və Türkiyə 22 Apreldə əlaqələri normallaşdırmağı nəzərdə tutan bir razılığa gəldi. Sərhədin açılması bu müddətin bir parçası ancaq irəlidəki mərhələdədir. Yol xəritəsinə görə təcili olaraq olacaq bir şey yoxdur. Ərdoğanın şərhini, çatdırılan razılaşmaların artıq etibarlı olmadığını göstərən bir işarə olaraq görmürəm. Öz hökumətimin fikirini təkrarlamaq istəyirəm. Bu iki müddət paralel, ancaq fərqlidir. Eyni anda irəliləyirlər ancaq ehtimalla fərqli sürətlərdədir" deyə vurğuladı.

313NEWS.NET

В этом разделе