ABŞ-ın müxtəlif şəhərlərində keçirilən ""Wall Street"i işğal et!" nümayişlərinə polis müdaxilə edib
"Deyerler"in BBC-yə istinadən verdiyi məlumata görə, Portlənd şəhərində keçirilən nümayişlərə polis  müdaxilə edərək, qurulan düşərgəni dağıdıb, 15 nəfər həbs edilib.
Nümayişçilər  isə "biz barışcıl fəallarıq" və "bütün dünya bizi izləyir" kimi şüarlar  səsləndirərək, polisin rəftarını pisləyiblər.














