ABŞ-da növbəti bir islamafobiya

"Oruclusanmı?" deyə soruşdu və bıçaqladı!

Amerikada yaşanan hadisə din faşistlərinin nifrətini göz önünə qoydu... ABŞ-lı bir gənc, müsəlman olduğunu öyrəndiyi və oruc tutub tutmadığını soruşduğu taksi şoferini bıçaqladı.  

313news.net-in "Haber7"-yə istinadlı xəbərinə görə, New Yorkun Manhattan səmtindəki hadisə polis qeydlərinə görə belə baş verdi: 21 yaşındakı Michael Enright, müştəri olaraq avtomobilinə mindiyi 43 yaşındakı taksi şoferi Əhməd Şərifdən suallar soruşmağa başladı. Müsəlman olduğunu öyrənincə bıçaqladı.

Sürücü Şərif, Enrightin ona əvvəl yoldaşcasına suallar yönəltdiyini, daha sonra ‘'Müsəlman olub olmadığını, oruc tutub tutmadığını '' soruşduğunu, onun da "bəli" cavab verdiyində, Enrightin əvvəl söyüb, sonra üzünü bıçaqla yaraladığını izah etdi. ‘'Nifrət cinayəti'' işləməklə günahlandırılan və polis tərəfindən həbs olunan Michael Enright bu gün məhkəməyə çıxarılacaq.

В этом разделе