ABŞ-da müsəlmanlara qarşı növbəti təxribat

Məscid inşa edən texnika sıradan çıxarılıb

Birləşmiş Ştatların Tennesi ştatının Neşville şəhərində məscid tikmək istəyən müsəlman ailələr narazılıqla qarşılaşıblar. Məscidin inşası üçün əraziyə gətirilən tikinti texnikasına ziyan vurulub. Yerli polis ağır texnikadan 4 ədədinin katalizatorla sıradan çıxarıldığını, birinin isə yandırıldığını bildirib. Federal təhqiqatçılar istintaqın hələ başa çatmaması səbəbindən hadisənin qəsdən törədilib-törədilməməsinə dair açıqlama verməkdən boyun qaçırıb.

Ans tv-nin məlumatına görə, Amerika müsəlmanları isə bunu Nyu-York şəhərində Dünya Ticarət Mərkəzinin yerində məscid tikilməsinə qarşı etirazlarla əlaqələndiriblər. Onların fikrincə, 11 senyabr faciəsinin baş verdiyi yerdə məscid və İslam Mədəniyyət Evinin tikilməsinə etiraz məqsədilə yaradılmış qruplaşmalar, Amerikanın istənilən nöqtəsində də bunun qarşısını almağa çalışırlar.

Qeyd edək ki, Nyu-Yorkda İslam Mədəniyyət Mərkəzinin inşası planlaşdırılan yerdə son aylar ərzində 2 dəfə insident qeydə alınsa da, tikintiyə başlamaq üçün qazma işlərinə artıq başlanılıb.

В этом разделе