ABŞ-da məscid aksiyaları

Nyu-York

Bir qrup İslam Mədəniyyət Mərkəzinə “hə”, digər qrup isə “yox” deyir

ABŞ-in Nyu-York ştatında 11 sentyabr terroru zamanı partladılan iki göydələnin yerində İslam Mədəniyyət Mərkəzinin tikilməsinə qarşı etiraz aksiyaları başlayıb.

Qeyd edək ki, “Sıfır nöqtəsi” adlanan bu yerdə tikiləcək mərkəzin layihəsinə məscid də daxildir. Bu layihəyə qarşı çıxan bir qrup şəxs hər bazar günü plakatlarlarla göydələnlərin yerində toplaşaraq, məscidin tikilməsinə etiraz edir.

Ancaq layihəni müdafiə edən qruplar da var. Onlar da öz növbələrində Müsəlman Amerikalılar Təşkilatının tərkibində İslam Mədəniyyət Mərkəzinin tikintisinə etiraz edənlərə qarşı aksiyalar təşkil edirlər, müxtəlif şüarlar səsləndirirlər.

"ANS PRESS"in məlumatına görə dünən Nyu-Yorkda baş tutan növbəti belə aksiyada qarşıdurma yaranmasın deyə polis iki ayrı qrupun arasında barrikada qurmağa məcbur olub. İslam Mədəniyyət Mərkəzinə qarşı çıxanlar əllərində “Burada məscidə yox!”, “Bütün müsəlmanlar terrorçu deyil, amma bütün terrorçular müsəlmandır” və sairə məzmunlu plakatlar tutub, müxtəlif şüarlar səsləndiriblər.

Mərkəzin əleyhdarlarına qarşı olan qrup isə “Bura müstəqil bir ölkədir!”, “Fanatların nə dediyinə baxmarıq, dini azadlıq var!”, “İrqçiliyə son, fanatlar, gedin buradan!” məzmunlu plakatlar qaldırıblar.
Qarşı duran qruplar arasında baş verən söz deyişmələri tez-tez əlbəyaxa savaşa və gərginliyə səbəb olub.

В этом разделе