ABŞ-da islamofobiya: Kilsə Quranı yandırmaq fikirindədir

11 sentyabr hadisələrinin ildönümündə Quran yandırıla bilər

ABŞ-da 2001-ci il 11 sentyabr hadisələrinin ildönümü ərəfəsində gərgin vəziyyət yaranıb. Buna səbəb isə floridalı bir rahibin anma mərasimində "Qurani Kərimi" yandıracağı barədə açıqlamasıdır.

Rahibin açıqlamasına Əfqanıstandakı ABŞ hərbi kontingentinə rəhbərlik edən general Devid Petreus da münasibət bildirib. General bu addımın Amerika əsgərlərini və onların Əfqanıstandakı səylərini təhlükəyə atacağını deyib. Petreus bunun Taliban tərəfindən istifadə ediləcəyini və müəyyən problemlərə yol açacağını qeyd edib. O, sadəcə ABŞ torpaqlarında deyil, dünyanın hər yerində İslam toplumları ilə münasibətlərinin olduğunu xatırladıb.

Kilsə rəhbəri Terri Cons isə bildirib ki, Quranı İslam tərəfindən gələn təhdidlərlə bağlı yandıracaq. Qeyd edək ki, rahibin mənsub olduğu kilsə, üzərində onun "İslam şeytandır" kitabının adı olan köynəkləri və fincanları satışa çıxarıb.

В этом разделе