ABŞ-da İslam şəhərciyi

ABŞ-ın Nyu-York şəhərində İslam şəhərciyi hələ 1980-cı ildə Pakistan əsilli amerikalı müsəlman Səid Mübarək Əlişah Cəlyani, Nyu-Yorkdan şimal-qərbdə yerləşən meşəlik ərazidə 30 hektarlıq ərazini aldıqdan sonra meydana gəlmişdi, - İslamNyus xəbər verir.


Hazırda bu kiçicik şəhərcikdə yüzə yaxın İslam dinini qəbul etmiş amerikalı yaşayır. Şəhərciyin özünə məxsus məscidi, məktəbi, şəhərciyin saxlanması üçün çox böyük olmayın mağazası mövcuddur.


“Biz mətbuat ilə təmasda olmağı heç də sevmirik, çünki onlar dediklərimizi bizə qarşı qoyurlar, - deyə şəhərcik sakinlərdən biri onlardan müsahibə alan jurnalistə bildirib. Digər sakin bildirib ki, onlar belə bir yerdə yaşamaqdan olduqca məmnundurlar. “Bu qəsəbədə biz uşaqlarımızın gələcək taleyi üçün arxayın ola bilirik. Burada çox gözəl ab-hava yaşanır”, - deyə sakinlərdən biri qeyd edib. ("Dəyərlər" AİN)

В этом разделе