Türkiyə prezidenti Abdullah Gül, Fələstin admistrasiyasının başçısı Mahmud Abbasla birgə iştirak etdiyi mətbuat konfransında, sionist İsraildən Qəzza faciəsini dayandırmağı tələb edib
FaktXəbərin İran mediaslna istinadən verdiyi xəbərə görə, Türkiyə dövlət başçısı Abdullah Gül, paytaxtı Şərqi Qüds olacaq müstəqil bir Fələstin dövləti qurulmasının, Orta şərqdə həqiqi bir sülh şəraiti yaradacağını bildirib. Verilən xəbərə görə, Fələstin admistrasiyasını lideri Mahmud Abbasla görüşdən sonra, birlikdə iştirak etdikləri mətbuat konfransında müxbirlərin suallarını cavablandıran Abdullah Gül, Sionist İsrailin işğal etdiyi Fələstin torpaqlarında yəhudiləşdirmə siyasəti aparmaq cəhdlərini pisləyib və bunun reginda sabitliyi pozmaq kimi qiymətləndirib. Xatırldaq ki, Abdullah gül həmçinin, Qəzzada hal-hazırda baş verən faciənin sona çatması, bu bölgəyə insani yardımların çatdırılması və bölgənin yenidən təmir edilməsi üçün embarqonun dərhal dayandırılmasını tələb edib.