32 Tamil döyüşçüsü öldürülüb

İslam-Azerinin HV-ya istinadlı xəbərinə görə, Şri Lankada ordu ilə Tamil döyüşçüləri arasında qarşıdurma yaranıb. Şri Lanka ordusu, ölkənin şimalında Tamil döyüşçüləri ilə yaranan silahlı qarşıdurmada 32 döyüşçünün öldürüldüyünü açıqlayıb.

Ordu tərəfindən verilən açıqlamada, cümə günü Mullaittivu bölgəsindəki silahlı qarşıdurmada 32 döyüşçünün öldürüldüyünü qeyd olunub. Açıqlamada, döyüşçülər tərəfindən 3 mülkü vətəndaşın öldürüldüyü vurğulanıb.

В этом разделе