30 parçalanmış cəsədi Fəraha gətirdilər

İslam-Azerinin AA-ya istinadlı xəbərinə görə, Əfqanıstanda ABŞ idarəçiliyində olan koalisiya hərbiçilərinin hücumu nəticəsində parçalanmış 30 cəsədi, kəndlilər ABŞ vəhşiliyini göstərmək üçün Fərah əyalətinə aparıb.

Əfqanıstanın qərbində ABŞ liderliyindəki koalisiya hərbiçilərinin hücumu nəticəsində ölənlərin çoxu qadın və uşaqlardır. Kəndlilərdə bu vəhşiliyi ictimaiyyətə göstərmək üçün 30 parçalanmış cəsədi Fərah əyalətinin mərkəzinə apardığı bildirilib.

Fərah vilayəti rəsmisi Əbdülbəşir Xan, "Cəsədləri gətirən kəndlilərin üstü-başı toz və qana boyanmış halda idi, ağlayaraq "bunların nə günahı var"-deyirdilər, qışqıraraq qatilləri lənətləyirdilər"-deyib.

Başqa bir rəsmi ən son qarşıdurmalarda koalisya hərbiçiləri 100-ə yaxın mülkü vətəndaşı qətlə yetirdiyini bildirib.

İslam-Azeri.az


В этом разделе