29 yaşlı müsəlman qadın Norveçdə nazir oldu

Norveçin baş naziri Yens Stoltenberq hökumətdə dərin yerdəyişmələr edəcəyini bildirib.

Lent.az-ın «rbk»-ya istinadən məlumatına görə, o, bu yöndə ilk addımını da atıb.Baş nazir 29 yaşlı müsəlman Hədiyyə Taсiki Norveçin mədəniyyət naziri təyin edib. Hədiyyə ölkə tarixində ən gənc, həm də ilk müsəlman nazirdir. Hökumətin bu yeni üzvü artıq öz proqramını da açıqlayıb. O, bildirib ki,çox mədəniyyətlilik Norveçin gündəlik həyatının ayrılmaz hissəsi olaraq, qalmalıdır. Hədiyyə xanım milli azlıqların da Norveç cəmiyyətinə inteqrasiyasına çalışacağını bildirib. Bundan ötrü onların bir sıra sosial problemlərinin həlli istiqamətində fəaliyyət göstərəcəyini deyib.

Onun sözlərinə görə, mühacirlərini bir çoxu ölkənin həyatında fəal iştirak edə bilmir, elə bu üzdən də onlar işləmir və yaxşı təhsil almır.

Hədiyyə Taсik Pakistandan çıxan ailədə anadan olub. O, bir müddət Norveç KİV-də çalışıb. Sonra isə Əmək Nazirliyinə sosial məsələlər üzrə müşavir vəzifəsində işləyib.

В этом разделе