Lənkəranda qadağan edilmiş dini vəsaitlər aşkarlanıb
Milli.Az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir  ki, aprelin 29-da Lənkəran Şəhər Rayon Polis Şöbəsi, Milli Təhlükəsizlik  Nazirliyinin Lənkəran rayon şöbəsi və Dini Qurumlarla İşlər Üzrə Dövlət  Komitəsinin Cənub Bölgəsi əməkdaşları birgə tədbirlər keçiriblər. 
Bu zaman Lənkəran şəhər sakini Gülnaz Nəsirovanın  müvafiq icazəsi olmadan "Yəhova şahidləri" dini təriqətini təbliğ  etməsi müəyyən edilib və evinə baxış zamanı oradan 19 ədəd təbliği və  yayımı qanunla qadağan edilmiş dini kitablar aşkar edilərək götürülüb.  Faktla bağlı araşdırmalar aparılır.














