Ramazanın 22-dən 23-nə keçən gecə üçüncü Qədr gecəsidir.
Bildiyiniz kimi mübarək Ramazan ayının 19, 21 və 23-cü gecələri qədr gecələridir. Artıq 2 gecəni (19 və 21-ci gecəni) geridə qoymuşuq.
Qədr gecələrində ediləcək əməlləri, dua və zikrləri təqdim edirik.
Qədr gecəsi elə bir gecədir ki, bütün il boyunca o qədər fəzilətli gecəyə rast gəlmək olmaz. Bu gecədə bir əməl etmək min ayda əməl etməkdən daha da xeyirlidir. İlin işlərinin təqdiri bu gecədə baş verir. Mələklər və mələklərin ən əzəmətlisi olan ruh bu gecə Allahın izni ilə yerə enərlər və İmam Mehdinin (əc) hüzuruna yetişərlər və hər şəxs üçün təyin edilmiş müqəddəratı ona təqdim edərlər.
Qədr gecələrinin əməlləri iki qismə bölünür:
1. Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər.
2. Qədr gecələrinin hər birinə məxsus olan əməllər.
Qədr gecələrinin hər birində yerinə yetirilən əməllər bunlardır:
1-ci: Qüsl almaq.
Əllamə Məhəmməd Baqir Məclisi (r) deyib: Yaxşı olar ki, bu gecələrin qüslü gün batan vaxt edilsin və şam namazı bu qüsllə qılınsın.
2-ci: İki rəkət “Qədr gecəsi” namazı qılmaq.
Bu namazın qılınma qaydası belədir: Hər rəkətdə “Həmd” surəsindən sonra yeddi dəfə “İxlas” surəsi (birinci rəkətdə "Qədr" surəsini də oxuya bilərsiniz) oxunur. Namaz qurtardıqdan sonra isə yetmiş dəfə “اَسْتَغْفِرُ اللّهَ وَاَتُوبُ اِلَيْهِ” (Oxunuşu: “Əstəğfirullahə və ətubu iləyh”) deyilsin, yəni, “Allahdan bağışlanmağımı istəyir və Ona tərəf qayıdıram!” Peyğəmbərdən (s) nəql olunan rəvayətdə deyilir: “Bu namazı qılan şəxs yerindən qalxmamış Allah onu, atasını və anasını bağışlayar ...”
3-cü: Qur'anı açıb qarşıya qoymaq və bu duanı oxumaq:
“اَللّهُمَّ اِنّى اَسْئَلُكَ بِكِتابِكَ الْمُنْزَلِ وَما فيهِ وَفيهِ اسْمُكَ الاَكْبَرُ وَاَسْمآؤُكَ الْحُسْنى وَما يُخافُ وَيُرْجى اَنْ تَجْعَلَنى مِنْ عُتَقآئِكَ مِنَ النّارِ ”
Duanın oxunuşu belədir:
“Əllahummə inni əs'əlukə bikitabikəl-munzəli və ma fih, və fihismukəl-əkbəru və əsmaukəl-husna, və ma yəxafu və yurca, ən təc'ələni min 'utəqaikə minən-nar.”
Duanın tərcüməsi:
“İlahi səndən nazil etdiyin kitaba görə istəyirəm, onda nazil etdiklərinə görə istəyirəm, onda sənin ən böyük və ən gözəl adların var, qorxudan və ümid verən var, (istəyirəm) ki, məni cəhənnəm odundan xilas olanlardan qərar verəsən.”
Bu duadan sonra istədiyi duanı etsin.
4-cü: Qur'anı götürmək, başa tutmaq və bu duaları demək:
“اَللّهُمَّ بِحَقِّ هذَا الْقُرْآنِ وَبِحَقِّ مَنْ اَرْسَلْتَهُ بِهِ وَبِحَقِّ كُلِّ مُؤْمِنٍ مَدَحْتَهُ فيهِ وَبِحَقِّكَ عَلَيْهِمْ فَلا اَحَدَ اَعْرَفُ بِحَقِّكَ مِنْكَ”
Duanın oxunuşu:
“Əlllahummə bihəqqi hazəl-qur'an, və bihəqqi mən ərsəltəhu bih, və bihəqqi kulli muminin mədəhtəhu fih, və bihəqqikə ələyhim, fəla əhədə ə'rəfu bihəqqikə mink.”
Duanın tərcüməsi:
“İlahi (Səni and verirəm bu) Qur'anın haqqına, və and verirərm o şəxsin haqqına ki, bu Qur'anı ona göndərmisən, və o möminlərə and verirəm ki, onları bu Qur'anda tərifləmisən, və sənin onlar üzərində olan haqqına and verirəm, və Sənin haqqını Sənin Özündən yaxşı tanıyan yoxdur.”
Sonra bu zikrlərin hər birini on dəfə deyirsən:
1. “بِكَ يا اَللّهُ”
2. “بِمُحَمَّدٍ”
3. “بِعَلي”
4. “بِفاطِمَةَ”
5. “بِالْحَسَنِ”
6. “بِالْحُسَيْنِ”
7. “بِعَلِىّ بْنِ الْحُسَيْنِ”
8. “بُمَحَمَّدِ بْنِ عَلِي”
9. “بِجَعْفَرِ بْنِ مُحَمَّدٍ”
10. “بِمُوسَى بْنِ جَعْفَرٍ”
11. “بِعَلِىِّ بْنِ مُوسى”
12. “بِمُحَمَّدِبْنِ عَلِي”
13. “بِعَلِىِّ بْنِ مُحَمَّدٍ”
14. “بِالْحَسَنِ بْنِ عَلِي”
15. “بِالْحُجَّةِ”
Zikrlərin oxunuşu:
1. “Bikə ya əllahu”.
2. “Bi-muhəmmədin”.
3. “Bi-əliyyin”.
4. “Bi-fatimətə”.
5. “Bil-həsəni”.
6. “Bil-husəyni”.
7. “Bi-əliyy-ibnil-husəyni”.
8. “Bi-muhəmməd-ibni-əliyyin”.
9. “Bi-cə'fər-ibni-muhəmmədin”.
10. “Bi-musəbni-cə'fərin”.
11. “Bi-əliyy-ibni-musa”.
12. “Bi-muhəmməd-ibni-əliyyin”.
13. “Bi-əliyy-ibni-muhəmmədin”.
14. “Bil-həsən-ibni-əliyyin”.
15. “Bil-huccəti”.
Zikrlərin tərcüməsi:
1. “İlahi Səni Öz zatına and verirəm!”
2. “İlahi Səni Həzrət Məhəmmədin (s) haqqına and verirəm!”
3. “İlahi Səni Həzrət Əlinin (ə) haqqına and verirəm!”
4. “İlahi Səni Həzrət Fatimənin (s.ə.) haqqına and verirəm!”
5. “İlahi Səni Həzrət Həsənin (ə) haqqına and verirəm!”
6. “İlahi Səni Həzrət Hüseynin (ə) haqqına and verirəm!”
7. “İlahi Səni Həzrət Əli ibn Hüseynin (ə) haqqına and verirəm!”
8. “İlahi Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!”
9. “İlahi Səni Həzrət Cəfər ibn Məhəmmədin (ə) haqqına and verirəm!”
10. “İlahi Səni Həzrət Musa ibn Cəfərin (ə) haqqına and verirəm!”
11. “İlahi Səni Həzrət Əli ibn Musanın (ə) haqqına and verirəm!”
12. “İlahi Səni Həzrət Məhəmməd ibn Əlinin (ə) haqqına and verirəm!”
13. “İlahi Səni Həzrət Əli ibn Məhəmmədin (ə) haqqına and verirəm!”
14. “İlahi Səni Həzrət Həsən ibn Əlinin (ə) haqqına and verirəm!”
15. “İlahi Səni Həzrət Höccətin (ə) haqqına and verirəm!”
Sonra Allahdan hacətlərini istəyin.
5-ci: İmam Hüseyni (ə) ziyarət etmək.
Belə bir rəvayət var: “Qədr gecəsi yeddinci səmadan, ərşin üstündən bir carçı car çəkərək deyər:
“Allah İmam Hüseynin (ə) ziyarətinə gələn bütün şəxsləri bağışladı”.
6-cı: Bu gecələri əhya saxlamaq (şam azanından sübh azanına qədər oyaq qalmaq və ibadətlə məşğul olmaq).
Hədisdə var ki, kim qədr gecəsini əhya saxlasa onun günahları bağışlanar, baxmayaraq ki, onun günahları göydəki ulduzlar qədər, dağlar ağırlığında və dənizlər qədər olsa belə.
7-ci: Yüz rəkət namaz (əlli dəfə iki rəkətli namaz) qılmaq.
Bu namazların olduqca çox savab və fəziləti vardır. Daha yaxşı olar ki, hər rəkətdə “Fatihə” surəsindən sonra on dəfə “İxlas” surəsi oxunsun.
8-ci: Bu duanı oxumaq:
“اَللّهُمَّ اِنّى اَمْسَيْتُ لَكَ عَبْداً داخِراً لا اَمْلِكُ لِنَفْسى نَفْعاً وَلا ضَرّاً وَلا اَصْرِفُ عَنْها سُوءاً اَشْهَدُ بِذلِكَ عَلى نَفْسى وَاَعْتَرِفُ لَكَ بِضَعْفِ قُوَّتى وَقِلَّةِ حيلَتى فَصَلِّ عَلى مُحَمَّدٍ وَ الِ مُحَمَّدٍ وَاَنْجِزْ لى ما وَعَدْتَنى وَجَميعَ الْمُؤْمِنينَ وَالْمُؤْمِناتِ مِنَ الْمَغْفِرَةِ فى هذِهِ اللَّيْلَةِ وَاَتْمِمْ عَلَىَّ ما اتَيْتَنى فَاِنّى عَبْدُكَ الْمِسْكينُ الْمُسْتَكينُ الضَّعيفُ الْفَقيرُ الْمَهينُ اَللّهُمَّ لا تَجْعَلْنى ناسِياً لِذِكْرِكَ فيما اَوْلَيْتَنى وَلاغافِلاً لاِِحْسانِكَ فيما اَعْطَيْتَنى وَلا ايِساً مِنْ اِجابَتِكَ وَاِنْ اَبْطَاَتْ عَنّى فى سَرّآءَ اَوْ ضَرّآءَ اَوْ شِدَّةٍ اَوْ رَخآءٍ اَوْ عافِيَةٍ اَوْ بَلاءٍ اَوْ بُؤْسٍ اَوْ نَعْمآءَ اِنَّكَ سَميعُ الدُّعآءِ”
Duanın oxunuşu:
“Əllahummə inni əmsəytu ləkə 'əbdən daxira, la əmliku linəfsi nəf'ən və la zərra, və la əsrifu 'ənha su'a, əşhədu bizalikə 'əla nəfsi, və ə'tərifu ləkə biz'əfi quvvəti, və qilləti hiləti, fəsəlli 'əla muhəmmədin və ali muhəmməd, və ənciz li ma və'ədtəni, və cəmi'l-mu'mininə vəl-mu'minati minəl-məğfirəti, fi hazihil-ləyləh, və ətmim ələyyə ma atəytəni, fə-inni 'əbdukəl-miskinul-mustəkinuz-zə'iful-fəqirul-məhin, əllahummə la təc'əlni nasiyən li-zikrikə fi-ma əvləytəni, və la ğafilən li-ihsanikə fi-ma ə'təytəni, və la ayisən min icabətikə, və-in əbtə'ət 'ənni fis-sərrai əv zərrai əv şiddətin əv rəxa'in əv 'afiyətin əv bəla'in əv bu'sin əv nə'ma'ə, innəkə səmi'ud-du'ai”.
Duanın tərcüməsi:
“İlahi bu gecəyə Sənə kiçik və xar olmuş bir bəndə olaraq girdim. Özüm üçün heç bir xeyir və zərər verə bilmirəm. Özümdən pis bir hadisəni kənarlaşdıra bilmirəm. Özümə qarşı bunlara şəhadət verirəm. Sənin qarşında öz gücümün zəifliyinə və çarəmin azlığına etiraf edirəm. İlahi Məhəmməd və onun ailəsinə salavat göndər. Bu gecədə mənə və bütün mömin kişi və qadınlara vədə verdiyin bağışlamaya vəfa et. Mənə verdiklərini (nemətlərini) kamil et. Həqiqətən mən Sənin miskin, əlacsız, zəif, fəqir, xar bəndənəm. İlahi, məni Sənin mənə verdiyin nemətlər qarşısında Sənin zikrini unudanlardan və mənə əta etdiyin ehsanı yaddan çıxaranlardan qərar vermə. İlahi məni Sənin mənim dualarını qəbul etməndən naümid olanlardan qərar vermə, baxmayaraq ki, (duamdan) uzun zaman ötsə belə. İstər xoş vaxtda olum istərsə də narahat, istər çətinlikdə olum istərsə də asanlıqda, istər sağlamlıqda olum istərsə də bəlada, istər ehtiyacda olum istərsə də nemətdə. Həqiqətən sən duaları eşidənsən!”
Kəf'əmi rəvayət edib ki, İmam Zeynəl-abidin (ə) bu duanı bu gecələrdə ayaq üstə (qiyam halında), oturduqda, rüku və səcdə halında oxuyurdu.
Əllamə Məhəmməd Baqir Məclisi (r) deyib: Bu gecələrin ən yaxşı əməlləri bağışlanma istəmə və dua etməkdir. Dualarda özünün, ata-ananın, mömin qardaş və bacıların istər diri, istərsə də dünyadan köçmüş olsalar dünya və axirət hacətlərini istəməkdir. Zikrləri demək və bacardığı qədər Məhəmməd və ali Məhəmmədə salavat göndərmək. Bəzi rəvayətlərdə gəlib ki, bu üç gecədə “Cəvşən kəbir” duası oxunsun.
Şeyx Abbas Qumi (r) deyib: Rəvayətdə gəlib ki, Allah Rəsulundan (s) soruşdular: -“Əgər qədr gecəsini dərk etsəm Allahımdan nə istəyim?” Peyğəmbər (s) buyurdu: -“Afiyət” (din, dünya və axirət salamatçılığı).
Bu əməllər “Məfatih əl-cinan” kitabından götürülüb.
islamazeri.com