Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirilib

Azərbaycanda orta məktəblərdə hicab qadağasına etiraz əlaməti olaraq Bakıda yenidən aksiya keçirilib

SalamNews-un məlumatına görə, minə yaxın gənc Təhsil Nazirliyinin qarşısına toplaşıb. Onlar "Hicaba azadlıq!", "Biz zülm etmərik, zülmə boyun əymərik!", "Misir istefa!" şüarları səsləndirirlər. Əraziyə çox sayda polis qüvvələri də cəlb edilib.

Artıq onlarla saxlanan var. islam-azeri.az:

11:15 - Polis bir neçə nəfərin başına dəyənəklə vurub. Ciddi xəsarət alanlar var. Müxbirimizin məlumatına görə, hazırda askiya davam edir.

11:22 - Aksiyaya gələn qadınların həbs edilməsinə dindarlar imkan verməyib və xanımlar ərazidən uzaqlaşıblar. Çox sayda polis qüvvəsi aksiya iştirakçılarını qruplara bölərək həbs etməyə başlayıb.

11:37 - Hadisə şahidlərinin müxbirimizə verdiyi məlumata görə, etiraz edən qadınlara qarşı da zor tətbiq olunub və onlardan da həbs edilənlər var.

11:45 - Aksiya 25-30 dəqiqə davam edib. Lakin çox sayda həbs edilənlər var.

 

В этом разделе