Şuşanın işğal olunmasında ABŞ-ın və İsrailin əli var-İranın Azərbaycandakı səfiri

“Mən hər iki ölkənin mətbuat nümayəndələrinə cənab İlham Əliyev və Mahmud Əhmədinejadın sözləri əsasında işləməyi təklif edirəm. Hər ölkədə naşı jurnalistlər var. Yaxşı olar ki, onlar diqqətli olsunlar”

APA-nın xəbərinə görə, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami bildirib: “İki dost və qardaş ölkənin maraqlarına zərər gətirən verilişlər, proqramlar, məqalələr verilməsin. Bizim prezidentlər bir-birini “qardaş” deyə çağırırlar. Təbiidir ki, ABŞ və İsrail rejimləri İran və Azərbaycanın yaxınlaşmasından, mehribançılığından çox narahat olur. İran Qarabağ probleminin həllinə çalışır. Əgər ötən əsrin 90-cı illərinin əvvəllərində İran Azərbaycan və Ermənistan arasında vasitəçilik etmək istəyibsə və bu arada Şuşa işğal olunubsa, burada ABŞ-ın və İsrailin əli var. Bunun diqqətlə araşdırılmasını istəyirəm”.

В этом разделе