Snayperimiz daha bir ermənini məhv elədi

Bu haqda erməni tərəfi kəskin bəyanat yayıb, Azərbaycan tərəfi isə xəbəri təkzib edib

Oktyabrın 14-də cəbhənin Füzuli istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində bir erməni əsgəri öldürülüb. Məlumatı Ermənistan mətbuatına istinadən "Yeni Musavat" yayıb, düşmən ölkənin Müdafiə Nazirliyi də faktı təsdiqləyib. “Tert.am” saytında öldürülən əsgərin adı, familiyası və xidmət etdiyi hərbi hissənin nömrəsi də göstərilir: 1988-ci il təvəllüdlü İgityan Vitali Aşotoviç, hərbi hissə-38401 AO. Xəbərə görə erməni əsgərini sərrast atəşlə Azərbaycan ordusunun snayperi vurub.

Güllə onun başını deşərək keçib. Əsgər hospitala aparılarkən yolda ölüb. Erməni tərəfi insidentlə bağlı araşdırma aparır. Ermənistan Müdafiə Nazirliyi isə faktla bağlı qəzəbli bəyanat yayıb. Bəyanatda Azərbaycan tərəfinin bu addımı qınanır və bildirilir ki, həmin insident cəbhə xəttində snayperlər vasitəsilə vəziyyətin gərginləşdirilməsinə yönəlib. “Azərbaycan tərəfinin bu hərəkəti ATƏT-in səhra missiyasının Dağlıq Qarabağa səfərinn başa çatmasından dərhal sonra baş verir. Bu fakt göstərir ki, Azərbaycan BMT Baş katibinin snayperlərin cəbhə xəttindən geri çəkilməsinə dair çağırışın eşitmir, həmçinin Minsk Qrupu həmsədrlərinin Azərbaycan snayperləri tərəfindən öldürülən qurbanlarla bağlı narahatlığını nəzərə almır, bununla da münaqişənin dinc yolla nizamlanmasına dair beynəlxalq səylərə zərbə vurur. Ermənistan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan snayperlərinin fəaliyyətinin neytrallaşdırılması istiqamətində müvafiq hərbi-diplomatik və hərbi tədbirlər həyata keçiriləcək” deyə düşmən ölkənin hərbi nazirliyinin bəyanatında bildirilir.
Azərbaycan tərəfi isə xəbəri təkzib edib.

В этом разделе