Saxta Azərbaycan pasportu satılır

Bir pasportun qiyməti 870 dollaradır

Saxta sənədlərin hazırlanması və satılması dünyada geniş yayılmış və çox gəlirli cinayətlərdən biridir. İnternet inkişaf etdikcə, sifarişlərin qəbulu və sənədlərin satışı asanlaşıb. Məsələn, "www.TrustedSource.org" saytı 70-ə yaxın ölkənin pasportlarını, sürücülük vəsiqələri, Amerika ştatlarının sakinlərinin vəsiqələrini, kredit kartları və bir çox digər sənədləri təklif edir.

Təklif edilən sənədlər arasında Azərbaycan pasportu da var. Doğrudur, o, bütün digər ölkələrin pasportlarından ucuzdur - 870 dollar. Avropa İttifaqına üzv ölkələrin pasportları isə 5 min dollara təklif edilir.

Pasport və ya vəsiqə almaq istəyənlər sayt sahiblərinə özləri haqqında məlumat və sənədlərə köçürüləcək imza təqdim etməlidirlər.

Bəzi qərb blogerləri qeyd edirlər ki, sifarişlərin əksəriyyəti Rusiyadan daxil olur. Lakin belə şəxslərin xidmətlərindən istifadə edən hər kəs fırıldaqçıların qurbanı ola və ya polisə düşə bilər. /TURAN/

В этом разделе