Sabiq spiker İranın yardımını etiraf etdi

Seyyid Amilinin bəyanatı təsdiqini tapıb

İranın dini lideri Ayətullah Xameneinin Ərdəbildəki nümayəndəsi Seyyid Həsən Amilinin “İran Azərbaycan çarpışmasının pərdəarxası” adlı bəyanatı ətrafında qızğın mübahisələr davam edir. Bu bəyantdakı informasiyaların təsdiqlənməsi, Azərbaycan xalqının on illər boyu aldadılaraq, İrana qarşı düşmənçilik ruhiyyəsində kökləndiyini təsdiq edəcək.
Seyyid Amilinin sözlərinə görə, Şuşada hərbi əməliyyatlar gedən zaman İran Azərbaycana maşın karvanları ilə silah-sursat göndərib, hətta müştərək hərbi qərərgah fəaliyyət göstərib. İranlı siyasətçilər bu vaxta qədər müəyyən diplomatik gözləntilərə görə bu yardımlar barədə heç zaman, hətta əvvəllər də danışmayıblar.
İranlı ayətullahın bu açıqlamasına artıq Ermənistan tərəfi də mövqeyini açıqlayıb. Bu ölkənin müdafiə naziri Seyran Ohanyan parlamentdəki çıxışı zamanı Qarabağdakı müharibədə Azərbaycan tərəfdən əfqanların döyüşdüyünü söyləyib.
Sözügedən dövrdə prezident səlahiyyətlərini yerinə yetirən Ali Sovetin keçmiş sədri Yaqub Məmmədov "Həftə içi"nə deyib: ”Mənim İran rəhbərliyi ilə apardığım danışıqlarda silah məsələsini müzakirə etmişik. Bununla bağlı razılıq var idi. Dövlət xəttiylə yox, qeyri-rəsmi şəkildə onlar bizə əvvəl də silah verirdilər. Müdafiə nazirliyi bu silahları alırdı. Sonradan hakimiyyətdən getdiyim üçün bu razılığın sonrakı aqibətinin necə olduğunu bilmirəm…”.Y.Məmmədov Dağlıq Qarabağa mücahidlərin gətirilməsi məsələsinə də toxundu. Bildirdi ki, bu işlər onun hakimiyyətdən getməsindən sonra baş verib: "Lakin bu məsələlər ətrafında da danışıqlar aparılıb. Əfqanıstandan, Pakistandan, Çeçenistandan və s. gələnlərin məsələsi. Ancaq bu danışıqlar məxfi söhbətlər idi. Xüsusi adamlar bu işlə məşğul olurdu. Sonradan öyrəndim ki, Pakistandan, Əfqanıstandan gələnlər var. Lakin mənim vaxtımda bu məsələ ilə bağlı ancaq danışıqlar gedirdi".
Haqqyolu.com

В этом разделе