Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc danışıb
Türkiyə Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı WikiLeaks saytında yayılan məlumatlara əhəmiyyət vermir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc deyib.
"Azərbaycan və Türkiyənin qardaş münasibəti hamıya məlumdur. Biz belə məlumatlara əhəmiyyət vermirik", - səfir bildirib.