"Həm sünni, həm şiə tərəfdən 5-6 dəqiqə bir-birinə yaxınlaşdırdıq"
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda azanların müxtəlif vaxtlarda verilməsindən narahatlığını bildirib.
“Qafqazinfo”nun məlumatına görə, Şeyxülislam namazın eyni vaxta qılınmasını xahiş edib: “Hesablamalara görə, müxtəlif təriqətlərə görə namaz vaxtlarında 12 dəqiqəyədək fərq olur. Biz həm sünni, həm şiə tərəfdən 5-6 dəqiqə bir-birinə yaxınlaşdırdıq və belə də azan eyni vaxtda veriləcək. Xahiş edirəm buna riayət edəsiniz”.
Şeyxülislam bildirib ki, postsovet ölkələrindən yalnız Azərbaycanda Ramazan bayramı iki gün qeyd olunur: “Bu da onun üçün edilir ki, heç bir təriqətin nümayəndəsi narazı qalmasın”.
O, həm də vahid xütbələrin hazırlanacağını bildirib və QMİ bunla bağlı proqram hazırlayacağını deyib.