QMİ "Alma"dan Mətbuat Şurasına şikayət etdi

Təzə Pir məscidi

QMİ seçkilər baş tutduqdan sonra "Alma" qəzeti barəsində ciddi tədbir görüləcəyini düşünür

Qafqaz Müsəlmanları İdarəsi "Alma" qəzetində İslam Peyğəmbərinin təhqir olunması ilə əlaqədar Azərbaycan Mətbuat Şurasına müraciət edib.

Bu barədə İslam-Azeri.az İnternet qəzetinə QMİ-dən xəbər veriblər.

İdarədə həmçinin qeyd ediblər ki, qəzetin bu addımı Azərbaycanda noyabrın 7-nə planlaşdırılmış Parlament seçkiləri ərəfəsində təxribat törətmək məqsədi güdür.

QMİ seçkilər baş tutduqdan sonra "Alma" qəzeti barəsində ciddi tədbir görüləcəyini düşünür.

Qeyd edək ki, təhqirdən sonra "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin mətbuat katibi Hacı Ramin Bayramov "Salamnyus" informasiya agentliyi və "İslam-Azeri" internet qəzetinin xüsusi müxbirləri ilə birlikdə QMİ sədrinin müavinləri ilə görüş keçirmiş, təhqir nəşr edilmiş qəzeti onlara təqdim etmişdilər.

В этом разделе