Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfərə gələcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri planlaşdırılır

Bu barədə SalamNews-a diplomatik mənbələrdən məlumat verilib. Hazırda səfər proqramı və tarixi üzərində iş aparılır.

Səfər zamanı bir sıra sənədlərin imzalanması nəzərdə tutulub.

Mənbənin sözlərinə görə, bundan əlavə olaraq cari ildə Qazaxıstanın digər dövlət nümayəndələrinin də Azərbaycana səfərləri baş tutacaq.

Belə ki, Qazaxstan parlamentinin spikeri və xarici işlər nazirinin səfərləri nəzərdə tutulub. Hazırda bu səfərlərin proqram və dəqiq tarixi üzrə iş aparılır.

В этом разделе