Azərbaycanda dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını qanunsuz istehsal etmə, idxal etmə, satma və yaymaya görə tətbiq olunan cəzaların sərtləşdirilməsi təklif olunur
APA-nın  xəbərinə görə, Cinayət Məcəlləsində bununla bağlı dəyişikliklər  layihəsi Milli Məclisin (MM) İnsan hüquqları, Hüquq siyasəti və dövlət  quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb. Layihəyə  əsasən, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və  dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə,  satma və yaymaya görə 5000-7000 manat məbləğində cərimə və ya 2 ilədək  müddətə azadlıqdan məhrum etmə cəzası müəyyənləşdirilib. 
 
 Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə  tərəfindən və ya təkrar törədildikdə və ya buna vəzifəli şəxs öz qulluq  mövqeyindən istifadə etməklə yol verdikdə 7000 manatdan 9000 manata  qədər cərimə və ya 2 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası tətbiq  olunur.














