İlham Əliyev 20 yanvar şəhidlərini ziyarət edib
Qanlı 20 Yanvar hadisələrindən 22 il keçir. Prezident İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlib. İlham Əliyev “Əbədi məşəl” abidəsi önünə əklil qoyub. Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səslənib.
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.