Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə avqustun 14-də öz iqamətgahında iftar süfrəsi açıb
Prezidentin rəsmi saytının məlumatına görə, məlumatına görə, iftar mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.
İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başlayıb.
A. Paşazadə çıxış edərək müqəddəs Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Şeyxülislam, həmçinin mərasimdə iştirak edən din xadimlərinə təşəkkür edib.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr, Rusiya Federasiyası Qaraçay-Çərkəz və Çeçenistan respublikalarının müftiləri İsmayıl Berdiyev və Sultan Mirzəyev mərasimdə çıxış edərək Azərbaycanın İslam həmrəyliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə dinlərarası dialoqun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirib və təbriklərini çatdırıblar.
Dövlət başçısı mərasimdə çıxış edib.
Sonra iftar süfrəsi açılıb.