Pakistan Səfirliyi Azərbaycan vətəndaşlarına daşqınlardan zərərçəkənlərə yardım göstərilməsi xahişi ilə müraciət edib

Pakistanın Azərbaycandakı Səfirliyi ölkənin iş adamlarına, ticarət strukturlarına və sadə adamlarına daşqınlardan zərərçəkmiş pakistanlılara yardım göstərilməsi xahişi ilə müraciət edib.

Pakistan Milli Bankının Bakı filialında (İstiqlaliyyət küçəsi, 41) 4501000000203000 nömrəli hesab açılıb. Bu barədə Trend-ə cümə günü bu ölkənin Azərbaycandakı diplomatik nümayəndəliyindən məlumat verilib. Zərərçəkənlərə kömək etmək arzusunda olanlar bu hesaba yardım köçürə bilərlər.

Bu günlər Pakistan ölkənin bütün tarixi ərzində ən dəhşətli təbii fəlakətin şahidi olub.

Sellər xalqın həyatına, daşınmaz əmlaka və infrastruktura görünməmiş ziyan vurub. İki minə yaxın insan daşqınların qurbanı olub, minlərlə adam zərər çəkib, beş min kənd tamamilə dağılıb, təxminən, 14 milyon insan ev-eşiyini itirib.

BMT bu faciənin 2004-cü ildə baş vermiş sunamidən və bu yaxınlarda Amerikada baş vermiş zəlzələlərdən dəhşətli olduğunu bildirib. Təşkilat beynəlxalq birliyə bu məsələdə Pakistanla əməkdaşlıq etmək xahişi ilə müraciət edib.

Hələlik dəyən ziyanın məbləği müəyyən edilməyib. Lakin ilkin məlumatlara görə, o, milyardlarla dollar həcmində hesablanır.

Pakistan rəhbərliyi beynəlxalq ictimaiyyətə daşqının nəticələrinin aradan qaldırılması üçün köməklə bağlı müraciət edib.

Səfirliyin məlumatında deyilir ki, bu ölkənin hökuməti, həmçinin, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün Pakistana bir milyon dolalr vəsait ayırdığına görə, Azərbaycana minnətdarlığını bildirib.

В этом разделе