Mixail Saakaşvili Azərbaycana gəlib

Mixail Saakaşvili

Gürcüstan prezidenti Bakıda keçiriləcək enerji sammitində iştirak edəcək

Gürcüstan prezidenti Mixail Saakaşvili sentyabrın 13-də Azərbaycana səfərə gəlib. "APA"nın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan dövlətinin başçısını Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Gürcüstan prezidenti Azərbaycana səfəri zamanı AGRI layihəsinin (Azerbaijan-Georgia-Romania Interconnector) dəstəklənməsi üzrə sentyabrın 14-də Bakıda keçiriləcək enerji sammitində iştirak edəcək.

В этом разделе