Məşədi Dadaş məscidində bayram namazı saat 9-da qılınacaq - Hacı Şahin Həsənli

Sabah Azərbaycan məscidlərində səhər saatlarında bayram namazı qılınacaq.

Məşədi Dadaş məscidinin imam camaatı Hacı Şahin Həsənli SalamNews-a açıqlamasında bildirib ki, sabah məsciddə bayram namazı saat 9 tamamda qılınacaq. Hacı Şahin öz növbəsində Azərbaycan xalqına bu müqəddəs bayram münasibəti ilə də təbrik edib.

"Bütün Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edirəm, Allah bu ayda oruc tutan bütün insanların orucunu qəbul etsin və İnşallah dua edirik ki gələn il Ramazan bayramını doğma Qarabağ torpaqlarımızda qeyd edək" deyə bildirib.

Qeyd edək ki, fitr bayramı namazı iki rəkətdir. Birinci rəkətdə həmd və surə oxunduqdan sonra beş təkbir deyilməli və hər təkbirdən sonra bir qunut tutulmalıdır. Beşinci qunutdan sonra növbəti təkbir deyilir, ardınca rüku və səcdələr yerinə yetirilir. İkinci rəkətdə dörd təkbir deyilir və hər təkbirdən sonra qunut tutulur. Beşinci təkbirdən sonra rüku və səcdələr yerinə yetirilir. Təşəhhüd və salamla namaz başa çatır.

В этом разделе