Məsciddə əxlaqsızlıq edən şəxs axund imiş?

Göyçay məscidində əxlaqsızlığa yol verdiyi üçün tutulan şəxs 5 il öncə axund vəzifəsində işləyibmiş.

 

Son zamanlar mətbuatda Göyçay məscidində baş vermiş axund kimi təqdim edilən "din" xadiminin əxlaqsız hərəkətləri yayınlanmışdı. Hətta bu barədə prokurorluq da iş qaldırmışdı. Lakin, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tutulan şəxsin (Əsgər Babayev) Göyçay məscidinin axundu olmadığını, sadəcə bu məscidə namizədliyini irəli sürüldüyünü qeyd etmişdi.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, müqəddəs məkanda əxlaqsızlıqla məşğul olan şəxs, əslində 5 il əvvəl bu məscidin axundu olubmuş. Belə ki, Göyçay icra hakimiyyətinin rəsmi saytının arxivində, aşağıdakı məlumata rast gəldik:

"Sonda Göyçay məscidinin axundu Ə.Babayev layihəyə xeyir-dua verdi."

http://www.goychay.az/articles.php?article_id=20050921094003028&page=04&lang=az

Xəbər 5 il əvvələ aid olsa da, açıq aşkar Babayevin axund olduğunu göstərir. Nə vaxtacan axundluq etdiyi bizə məlum deyil (bəlkə də həmən hadisəyə qədər bu vəzifəni daşıyıb). Lakin QMİ-nin bu barədə açıqlaması bizə maraqlı olar. Həqiqətənmi əxlaqsızlıq edən şəxs nə vaxtsa axund olub?

В этом разделе