İşğalçı ordu Azərbaycana cavab olaraq təlimlərə başlayıb

Azərbaycanın-Ermənistan təmas xəttində vəziyyət gərginləşib

Ağdamın işğal olunmuş ərazilərində yenidən güclü partlayış səsləri eşidilməyə başlayıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, işğalçı Ermənistan ordusu bu gün günorta saatlarından sonra Ağdamın işğal altında olan Uzundərə ərazisində və Şahbulaq dağı istiqamətində irimiqyaslı təlimlərə başlayıb. APA-nın Qarabağ bürosu xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinə məxsus qırıcı təyyarən və döyüş vertolyotlarının cəbhə boyu ərazilərdə uçuşlarından sonra düşmən tələm-tələsik artilleriya-təlim atışına başlayıb. Xüsusilə diqqət çəkən məqamlardan biri də budur ki, düşmən növbəti təlimlər zamanı artilleriya qurğularını təmas xəttinə daha yaxın mövqelərdə yerləşdirib.

Qeyd edək ki, Azərbaycan tərəfi də iki gündür, cəbhə xəttinə yaxın hərbi hissələrin iştirakı ilə irimiqyaslı təlimlər keçirir. Təlimləri müdafiə naziri Səfər Əbiyev də müşahidə edir.

В этом разделе