İşğalçı Ermənistan Ordusu Qazax istiqamətində Azərbaycanın mövqelərini atəşə tutub

İşğalçı rejim cəbhədə vəziyyəti gərginləşdirməkdə davam edir

Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyunun 13-də saat 22.15-dən 22.20-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

В этом разделе