İranın Azərbaycandakı Səfirliyi "Qüds" günü ilə bağlı müraciət ünvanlayıb
"Bu gün Ramazan ayının sonuncu cümə günüdür. Bu gün İran İslam İnqilabının banisi İmam Xomeyni həzrətləri tərəfindən "Qüds" günü elan olunub. Bu gün müsəlman ölkələrinin müqəddəs torpaqlarının azadlığı uğrunda mübarizə və müqavimət simvoluna çevrilib". İranın Azərbaycandakı Səfirliyindən Trend-ə daxil olan müraciətində qeyd olunub.
"Qüds" günü müsəlmanların ilk qibləsinin sionist rejiminin caynağından və eləcə də işğal olunmuş digər müsəlman torpaqlarını azad etmək üçün müsəlmanlar arasında vəhdət və birlik carçısına çevrilib. Qarşıdan gələn Ramazan bayramı ərəfəsində əziz və şərif Azərbaycan xaqlının dua və ibadətlərinin qəbul olmasını Allahdan diləyir, tezliklə işğal olunmuş Fələstin torpaqlarının, eləcə də müsəlmanların işğal olunmuş digər torpaqlarının, xüsusilə Dağlıq Qarabağın tezliklə azad olunmasını istəyirik", - səfirliyin məlumatında qeyd olunub.