Səfir Məhəmmədbaqir Bəhrami vəzifəsinin icrasına başlayıb
İranın Azərbaycandakı səfirliyi səfir Məhəmmədbaqir Bəhraminin Bakıya qayıtması barədə TehranTimes-in yaydığı məlumatı təsdiqləyib.
Səfirliyin mətbuat katibi Abbas İsgəndərinin SalamNews-a verdiyi xəbərə görə, cari il mayın 21-də məshələtləşmə üçün ölkədən çağıtılan Məhəmmədbaqir Bəhrami cümə günü iyunun 22-də Bakıya qayıdıb.
O deyib: “Səfir indi İranın Bakıdakı səfirliyində vəzifəsini icra etməyə başlayıb”.