İranın Ali dini lideri Ayətullah Xomenei Qədr xum bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Bu barədə SalamNews-a açıqlamasında İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami məlumat verib. Onun sözlərinə görə, İranın Ali Dini lideri Azərbaycanın dövlət başçısını və xalqını bayram münasibətillə təbrik edib.
Səfir iki ölkə arasındakı münasibətlərin hazırkı vəziyyətinə də toxunub: "Azərbaycan və İran dost, qardaş və strateji müttəfiq dövlətlərdir. Dünyada elə bir dövlət yoxdur ki, Azərbaycan və İran qədər bir-birinə yaxın olsun. Mən hər iki dövlətin KİV nümayəndələrinə müraciət edərək deyirəm ki, fəaliyyətiniz zamanı Azərbaycan və İran münasibətlərinə və milli maraqlara zidd məlumatlar yaymayın. Azərbaycan və İran arasında strateji müttəfiqliyi heç kəs poza bilməz, çünki Azərbaycan və İran arasındakı münasibətlərin tarixi çox qədimdir".