İran xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı İran-Azərbaycan münasibətlərini dostyana olaraq xarakterizə edib.
APA-nın İRNA-ya istinadən məlumatına görə, A. Əraqçı deyib ki, son 20 ildə iki ölkə arasındakı əlaqələrdə enişli-yoxuşlu vəziyyət yaşanmasına baxmayaraq, hazırda İran-Azərbaycan münasibətləri səmimi və yaxşıdır: “Düzdür, bəziləri İranın xüsusilə qonşuları ilə əlaqələrini pozmağa çalışır.
Bu məsələdə də İsrailin mühüm rol oynadığı hər kəsə məlumdur”.Nazir müavini Suriyadakı böhrana da toxunub: “Əgər İran və Türkiyə birgə hərəkət etsə, Suriya problemi həll ediləcək”. A. Əraqçı İranla Türkiyə arasındakı illik ticarət dövriyyəsinin 35 milyard dolları keçdiyini bildirərək, Qərbin İrana qarşı birtərəfli sanksiyalarını iki ölkə arasındakı əlaqələrin inkişafı üçün bir fürsət kimi dəyərləndirib.