İlham Əliyevin yanvarın sonunda Davos Forumunda iştirakı gözlənilir

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın sonunda Davosda keçirilən ənənəvi illik Beynəlxalq İqtisadi Forumda iştirakı gözlənilir

SalamNews-un məlumatına görə, bu barədə diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, yanvarın 25-26-da Davosda keçiriləcək ənənəvi Beynəxalq Forum çərçivəsində Azərbaycan prezidentinin bir sıra ölkə rəsmiləri ilə yanaşı, dünyada tanınmış şirkət rəhbərləri ilə görüşləri nəzərdə tutulub.

İlham Əliyev Forum çərçivəsindəki konfranslarda edəcəyi çıxışlarda Azərbaycanda həyata keçirilən iqtisadi islahatlatlar, sərmayə mühiti, ölkənin iqtisadi potensialı, eyni zamanda qlobal iqtisadi və maliyyə böhran və bundan çıxış yolları, həmçınin müasir dünyanın üzləşdiyi bəzi çağırışları ilə bağlı mövqeyini açıqlayacaq. Bundan əlavə, bir sıra ikitərəfli sənədlərin, o cümlədən Ukrayna ilə Azərbaycan arasında maye qazın ixracı ilə bağlı sənədin imzalanması nəzərdə tutulur.

В этом разделе