Görüşdə Qarabağ nizamlanması ilə bağlı danışıqların hazırkı vəziyyəti barədə fikir mübadiləsi aparılıb
Azərbaycan prezidenti İlham Əliyev bu gün Varşavada ATƏT-in Minsk  qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor  Popov (Rusiya) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anjey  Kaspşik ilə görüşüb-Azərtac məlumat verir.
 
 Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların  hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.














