Prezident “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub
Bu gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 20 yanvar  faciəsinin 21-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyart  ediblər. Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil  qoyub.
 
 Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.
 Dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların  başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq  təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə  gəliblər.
 
 Şəhidlər Xiyabanının ziyarət olunması mərasimində Baş  nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident  Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.
 
 Qeyd edək ki, artıq səhər saatlarından başlayaraq minlərlə insan  şəhidlərin məzarlarını ziyarət etmək üçün Şəhidlər Xiyabanının  qarşısında toplaşmağa başlayıb. Saat 10.00-dan etibarən Şəhidlər  Xiyabanını ziyarət başlayıb./ANSPRESS/














