İlham Əliyev: "Azərbaycan qonşuları ilə bir-birinin işinə qarışmamaq şərti ilə münasibət qurmağa çalışır"

Dünən “Buta” sarayında 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul təşkil edilib

Rəsmi qəbulda Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, ailə üzvləri və digər rəsmilər iştirak ediblər. Dövlət başçısı rəsmi qəbulda nitq söyləyib. Prezident İlham Əliyev Respublika Günü münasibətilə xalqımızı təbrik edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə kimi səciyyələndirib. O bildirib ki, Azərbaycan dövləti və xalqı Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Cümhuriyyətin müstəqilliyinin çox qısamüddətli olduğunu qeyd edən dövlət başçısı bu iki il ərzində böyük işlərin görüldüyünü, mühüm dövlət strukturlarının və atributlarının yaradıldığını vurğulayıb.

Bu gün iqtisadi inkişaf templərinə görə Azərbaycan dünya miqyasında lider ölkədir, - deyən Prezident İlham Əliyev beynəlxalq kredit agentlikləri tərəfindən Azərbaycanın kredit reytinqlərinin yüksək qiymətləndirildiyini bildirib: "İndi ölkə iqtisadiyyatının şaxələndirilməsi təmin olunur, neft və qazdan asılılıq azaldılır, özəl sektorun inkişafına böyük dəstək verilir. Hazırda iqtisadiyyatımızın 80 faizi özəl sektorda formalaşır. Azərbaycanın qonşuları ilə beynəlxalq hüquq prinsipləri, qarışlıqlı hörmət və etimad əsasında, bir-birinin işinə qarışmamaq şərti ilə münasibət qurmağa çalışır. Ölkəmiz bu yaxınlarda Qoşulmama Hərəkatına üzv olub. Bu təşkilatda Azərbaycana qarşı böyük rəğbət, inam var və biz bu vəziyyətdən istifadə edib daha da çox dostlar qazanacağıq".

В этом разделе