İlham Əliyev İranın müdafiə naziri Əhməd Vəhidini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidini qəbul edib

313news.net-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidini qəbul etmişdir.

Müdafiə naziri Əhməd Vəhidi İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarını dövlətimizin başçısına çatdırıb, Prezident Mahmud Əhmədinejadın məktubunu Prezident İlham Əliyevə təqdim edib.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olundu, müxtəlif səviyyədə qarşılıqlı səfərlərin əməkdaşlığımızın bundan sonra da möhkəmlənməsi işinə xidmət edəcəyi bildirilib.

Dövlət başçısı İran İslam Respublikasının Prezidenti Mahmud Əhmədinejadın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran dövlətinin başçısına çatdırmağı xahiş edib.

В этом разделе