İlham Əliyev: Hicab mövzusu bizim üçün ən əsas bir mövzuya çevrilmişdir

 

Nə hicabın qadağanını davam etdirmək mümkündür, nə də aşkara geri çəkilmək


 

 

Əhli Beyt -ABNA- xəbər agentliyini  “Arannews”in məlumatına əsasən xəbər verir: Adının açıqlanmasını istəməyən Azərbaycan ekspert və siyasi şəxsiyyətlərindən biri Bakıda Aran müxbiri biri ilə söhbətində Azərbaycanın həqiqi vəziyyətinə işarə etmişdir.

Bu məlumata görə tanınmış siyasətçi və ekspert, Prezidenti müdafiə etməklə yanaşı dedi: Onun ətrafındakılar ölkədəki vəziyyətdən ona düzgün məlumat vermirlər. O (Prezident), xüsusi iclasların birində Fatimeyi-Zəhra məscidinin sökülməsi barədə dedi: “Mənə demədilər ki, məscidi sökmək istəyirlər, dedilər ki, həssas bir turist məntəqəsində yarımçıq qalmış bina vardır, onu məscid etmək istəyirlər. Əgər həmin binanı söküb, ətrafını düzəltsələr gözəl bir turist məzkəzinə çevriləcəkdir. Hicab məsələsində də mənə demədilər ki, camaatın qızının başını açmaq istəyirlər. Dedilər ki, məktəblilər üçün bir geyim növünün olmasını istəyirik və bu ölkənin hər yerində icra olacaqdır. Mən buna görə razılıq verdim.

O, son vaxtlarda öz çıxışlarının birində dedi: Bilmirəm nə üçün bəzi qonşularımız bizim barədə yaxşı fikirləşmirlər. Onun “bəzi qonşular”dan məqsədi İran idi.

Siyasi icmalçı sözünün davamında açıqladı: Prezident xüsusi iclasların birində dedi: “Hicab mövzusu sakitcəsinə, aşkar olmadan və təbliğatsız həll olmalıdır. Hal-hazırda hicab mövzusu bizim üçün heysiyyəti bir mövzuya çevrilmişdir. Nə bunu davam etdirmək mümkündür, nə də geri çəkilmək”.

Ekspert, Azərbaycan dövlətinin hicabı qadağan etməsi ilə özü üçün böyük bir problem yaratmasını, dindarlar arasında mövqeyini itirdiyini açıqlaması ilə yanaşı, dövlətin müxaliflərinin birinin belə dediyini qeyd etdi: “Hicabın yasaqlanması bizim üçün gözləmədiyimiz bir töhfə idi”.

O, eyni halda mediyanın və bəzi azərilərin İranla müxalifətini əsaslı bildirib dedi: Azərbaycan Respublikası öz nəzərlərini qeyri-rəsmi surətdə bu mediyaların dili ilə açıqlayır və İranla müxalifəti yolu ilə xüsusi imtiyazlar qazanır. Azərbaycan dövləti belə bir müstəsna mövqeni İrana görə əldən verməyəcək.

Bu siyasi icmalçı höccətül-islam Amilinin Qarabağ məsələsində Azərbaycan hakimləri barədə açıqlamasını da tamamilə sənədlər əsasında olduğunu bildirdi və dedi: Mən özüm İran hərbi qüvvələrinin Heydər Əliyevin qarşısında parad keçdiyi video filmə baxmışam. Bu video filmlər hal-hazırda Azərbycanda və İranda mövcuddur. Azərbaycan dövlətinin cənab Amilinin açıqlamasına əksül-əməl göstərməməsi özü qəti sənəddir. Bu açıqlama inkar olduğu surətdə İran həmin sənədlərin birini göstərməklə Azərbaycan cəmiyyəti arasına dərin təsir qoya bilər.

O, davam edib dedi: O zaman azəri şəxsiyyətlərdən bir çoxunun əfqan döyüşçüləri ilə əlaqələri var idi. Onalar cəbhədən kənarda azəri məsulları gördükdə giley edib deyirdilər: Biz şəhadət arzusu ilə Qarabağa gəlmişik, amma sizin zabitlər gülləni də bizə pulla satmaq istəyirlər. O dedi: İranlı döyüşçülərin “Kümeyl” duasında iştirakını heç vaxt yaddan çıxarmaram.

Ekspert davam edib dedi: Cənab Amilinin açıqladıqları İranın Azərbaycanın Qarabağına yardımlarının mində biri də deyil. Amma Azərbaycan dövlətinin siyasəti bu köməklərdən söz açmağa imkan vermədi, üstəlik əks-təbliğat apardılar ki, İranın Azərbaycanda bir istinad nöqtəsi olmasın.

O sözünün davamında dedi: Əgər müharibə vaxtı İranın köməkləri olmasaydı, Azərbaycan qaçqınları erməni odundan yaxa qurtara bilməyəcəkdilər. Biz bu məsələdə İrana minnətdarıq.

Tanınmış siyasətçi İran İslam Respublikasının Ermənistan barədə bu günkü siyasətindən gileylənərək, onu bir növ tədbirsizlik adlandırdı və qeyd etdi ki, bu Azərbaycanda anti-İran siyasətlərin artmasına, İranın keçmiş zəhmətlərinin yaddan çıxmasına və İranın tərəfdarlarının mövqeyinin zəifləməsinə səbəb olubdur.

O, “Qarabağın gələcəyini necə görürsünüz?” sualına geniş materallarla cavab verdi. İmkan olduqda həmin materialları ayrıca verəcəyik. Onun bu barədə söhbətinin xülasəsi budur ki, Qarabağ məsələsi artıq Azərbaycanın əlindən çıxmışdır və onun gələcəyi beynəlxalq təşkilatların, yəni Amerika və Qərbin əlindədir. Azərbaycan dövləti də mövzunun belə qalmasından, fövqəladə vəziyyətin ölkəyə hakim olmasından, bunu bəhanə edərək müxalifləri yatırmasından narazı deyil. Ekspert dedi: İki surətdən birində Qarabağın nicatını təsəvvür etmək mümkündür: Birincisi, elə böyük müamilə baş tutmalıdır ki, Amerikanın və qərbin məntəqədə mənafeinə zəmanət versin. İkincisi isə budur ki, Azərbaycanda demoratik və xalq hökuməti hakimiyyətə gəlsin və xalqın öz əli ilə Qarabağ azad edilsin.

 

 

 

В этом разделе