İlham Əliyev əfv fərmanı imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 92 məhkumun əfv olunması haqqında 2011-ci il dekabrın 26-da Sərəncam imzalamışdır.

Sərəncam əsasında 75 məhkum azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən, 1 şəxs şərti cəzadan, 2 nəfər islah işləri cəzasından, 14 şəxs isə cərimə cəzasından azad edilmişlər.

Azərbaycan Respublikasının Prezidenti əmin olduğunu bildirmişdir ki, əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxararaq Azərbaycan dövlətinin qanunlarına gələcəkdə dönmədən əməl edəcəklər.

В этом разделе