"Hz.Yusif" serialının iştirakçıları Bakıya gələcəklər

Serialın yaradıcı qrupunun Azərbaycana səfəri planlaşdırılır


Azərbaycanın efir məkanında diqqəti cəlb etmiş “Həzrəti Yusif” serialının yaradıcı qrupu Bakıya gəlməyi planlaşdırır. Serialı Azərbaycan dilinə dublyaj edən “Cine-Salam” şirkətindən bildiriblər ki, filmin ssenari müəllifi və rejissoru əslən cənubi azərbaycanlı Fərəcullah Sələhşur və Həzrəti Yusif rolunun ifaçısı Mustafa Zamani Bakıya gəlmək arzusundadır. Onların bu istəyi reallaşmaq üzrədir.

Mustafa Zamani İran Astarasında anadan olub. 29 yaşlı aktyorun karyerasında bu film mühüm iz qoyub.

azertac

В этом разделе