ABŞ-ın dövlət katibi Hillari Klinton iyunun 6-da Azərbaycana səfər edəcək
Trend-in məlumatına görə, bunu Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland cümə günü mətbuat üçün açıqlamada bildirib.
Səfər zamanı Klinton Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin, vətəndaş cəmiyyətinin liderləri ilə görüşlər keçirəcək.
Azərbaycana səfər etməkdən öncə Klinton iyunun 4-də Ermənistana, iyunun 5-də isə Gürcüstana səfər edəcək. Dövlət katibi bu ölkələrin Prezidentləri və vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək.