Həbs olunanlar Cinayət Məcəlləsinin 221.2.2 və 221.3. maddələri ilə ittiham olunurlar
Bu il mayın 6-da Təhsil Nazirliyinin binası qarşısında keçirilmiş “Hicaba azadlıq” aksiyasına görə tutulanların Nərimanov rayon məhkəməsində Rövşən Məmmədov, Əlvan Hüseynov, Araz İsmayılov, Rüfət Nuriyev və Nurani Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
SalamNews xəbər verir ki, məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən, Araz İsmayılov 2 il, Rüfət Nuriyev və Nurani Məmmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rövşən Məmmədov və Əlvan Hüseynov isə 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilərək məhkəmə zalından azadlığa buraxılıblar.