Hacıları gətirən ilk avtobus karvanı İran-Azərbaycan sərhədini keçib
APA-nın məlumatına görə, hazırda zəvvarlar Biləsuvar rayonu ərazisindədirlər. Zəvvarlar yaxın 3-4 saat ərzində Bakıya çatacaqlar.
Qeyd edək ki, 2500 nəfərdən ibarət azərbaycanlı zəvvarlar 18 və 26 avtobusdan ibarət iki karvanla və 5 təyyarə ilə Həcc ziyarətinə yola düşüb.